Rus dili dünyanın ən çətin dilləri sırasında yer alır. Bu səbəbdən dili öyrənməyin bir sıra etivarlı və asan yollarına ehtiyac duyulur. Aşağıdakı göstərişlər sizə dili öyrənmə zamanı kömək edəcəkdir.
- Psixoloji tərəfdən özünüzü hazırlayın. Dili yaxşı səviyyəyə qədər öyrənə bilməyə təsir edən ən başlıca faktorlardan biri motivasiyadır. Dilə başlayarkən bu dilə nə məqsədlə başlamanızın fərqində olmalısınlz.
- Qrammatikaya fokuslanın. Qulağa bir qədər xoş səslənməsə belə Rus dilinin əsas sütununu qrammatika təşkil edir. Bunun üçün isə peşəkarlara etibar etmək lazımdır.
- Əsas kəlmələri və sözləri öyrənin . Bir dili bilmək başqa, danışmaq isə başqadır. Danışmağın ilk addımı kəlmələr və gündəlik ifadələrdir.
- Rus dilində materiallar, filmlər izləyin. Rus dilində tələffüzü vurğulamaq xüsusi bir məsələdir. Bu sahədə sizə Rus dilində izlədiyiniz materiallar və filmlər çox böyük kömək olacaqdır. Bu həmçinin sizdə Rusların yaşantısına dair fikir formalaşmasında da kömək olacaqdır.
- Ətrafınızı Rus dili ilə əhatə edin . Dili asan öyrənmənin başlıca amillərindən biri, həmin dili maksimum istifadə etməkdir. Bu səbəbdən işlətdiyimiz cihazların belə dilinj Rus dilinı keçirmək fayfalı olacaqdır.
- *Ən sonda isə mühüm bir məsələni qeyd edək *. Səhv etməkdən qorxmayın. Dil öyrənərkən nəyisə səhv demək heçnə deməməkdən daha yaxşıdır. Səhvləriniz sizə doğru yola çatmaqda kömək olacaqdır.